Qiymətli metallardaşlar sahəsində nəzarət uğurla həyata keçirilir

 

Dövlət əyar damğası zərgərlik məmulatlarının keyfiyyətinə zəmanətdir

 

Respublikamızda həyata keçirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, regionların sosial-iqtisadi inkişafına, dövlətin bütün sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaşların rifahının yaxşılaşdırılmasına nail olunub. Bütün bunlar təsdiq edir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulanPrezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən siyasi kurs ölkəmizi zəngin və firavan gələcəyə aparır.

Bu siyasət nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrlə belə rəqabət aparmaq iqtidarındadır.

Uğurla həyata keçirilən sosial-iqtisadidüzgün büdcə-vergi siyasəti nəticəsində yaranan yeni iqtisadi şəraitdə Maliyyə Nazirliyi, o cümlədən Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qarşısında mühüm vəzifələr müəyyənləşdirilib. Dövlət Xidməti ölkə ərazisində əyar nəzarətini və qiymətli metallar və qiymətli daşlar sahəsində dövlət nəzarətini uğurla həyata keçirir. 

Azərbaycanda əyar nəzarətinin yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. 1863-cü ilin aprel ayında Əyar Palatasının əsasının qoyulması tədavül vasitəsi kimi qiymətli metallardan (qızıl və gümüş) istifadə edilməsi və dövriyyədə olan saxta qızıla və gümüşə dövlət nəzarətinin təmin edilməsi baxımından, o cümlədən xalqımızın mədəni inkişafında mühüm hadisə idi. Palata 1917-ci ilə (oktyabr inqilabınadək) qədər fəaliyyətini davam etdirib. 1924-cü ildə Bakı Əyar Palatası yenidən fəaliyyətə başlayıb. 1929-cu ildə Bakı Əyar Nəzarəti Müfəttişliyi əyar nəzarətini Azərbaycandan başqa Stavropol, Astraxan, Dağıstan, Kabardin-Balkar, Osetiya, Çeçen-İnquşetiya və Kalmıkiyada həyata keçirib. 1982-ci ildə Bakı Əyar Nəzarəti Müfəttişliyinin adı SSRİ Maliyyə Nazirliyinin "Xəzərsahili" Dövlət Əyar Nəzarəti Müfəttişliyinə dəyişdirilib. 1992-ci ildə onun bazasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası yaradılıb və həmin ildə Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun tabeliyinə keçirilib. Azərbaycan Prezidentinin 1998-ci il 20 avqust tarixli fərmanı ilə Fondun ləğvindən sonra Dövlət Əyar Palatası Maliyyə Nazirliyinin tabeliyinə verilib.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" 2009-cu il 9 fevral tarixli fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti yaradılıb. Bu Xidmət Azərbaycan ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Xidmətin əsas məqsədi istehlakçıların hüquqlarının qorunması və dövlət standartlarına uyğun olmayan zərgərlik məmulatlarının satışının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində yalnız dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarıının satışına nail omaq, qiymətli metalların və daşların, habelə onlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının ekspertiza, analiz, əyarlanma və damğalanma prosedurlarının keçirilməsində daha müasir tələblərə cavab verən avadanlıq və cihazlardan istifadə etməklə əhaliyə və sahibkarlara yüksək keyfiyyətli xidmət göstərməkdir. Xidmətin dövlət nəzarətini həyata keçirməsi üçün mükəmməl normativ-hüquqimaddi-texniki bazası mövcuddur. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanunu və çoxsaylı normativ hüquqi aktlar bu sahədə münasibətlərin tənzimlənməsi üçün zəruri hüquqi baza olmaqla, həyata keçirilən nəzarət tədbirlərinin daha səmərəli yerinə yetirilməsinə zəmin yaradır.

Dövlət əyar nəzarətinin həyata keçirilməsi zamanı bir çox hallarda Azərbaycanda və xaricdə qiymətli metallardandaşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının üzərindəki əyar göstəricilərinin reallığı əks etdirməməsi, əyar damğalarının keyfiyyətinin müvafiq tələblərə və isteklakçıların mənafeyinə uyğun gəlməməsi, respublikamızda qəbul edilmiş əyarlardan aşağı olması faktları aşkar olunur. Bununla əlaqədar sahibkarlıq subyektlərində aparılan yoxlamalar nəticəsində üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilmiş  qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarından bu izlər təmizlənir və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanır. Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilərək müvafiq məbləğdə cərimənin ödənilməsi təmin edilir.

Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-3 maddəsinə əsasən, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma hallarına görə cinayət məsuliyyəti nəzərdə tutulub. Belə ki, keçirilən yoxlamalar zamanı dövlət əyar damğalarını saxtalaşdırma faktı aşkar edilmiş sahibkarların yoxlama materialları baxılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq hüquq mühafizə orqanlarına təqdim edilir.

Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətinin həyata keçirilməsində şəffaflığın və səmərəliliyin artırılması və bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində də tədbirlər görür. Xidmət səlahiyyətləri daxilində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların müvafiq fəaliyyət növü ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinə izahat məktubları göndərir və müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir.

Qeyd etdiyimiz kimi Xidmətin müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılıb. Son illərdə maddi-texniki baza daha da genişləndirilib. Belə ki, Xidmətin stasionar və səyyar laboratoriyalarında xarici ölkələrin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb və fəaliyyət göstərməkdədir. 2009-cu ildə yaradılmış hemmoloji laboratoriyada qiymətli daşların ekspertiza və diaqnostikasını aparmaq, həmçinin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək üçün quraşdırılmış bütün avadanlıqlar Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsində yoxlamadan keçirilib və İSO/İEC 17-025 beynəlxalq standartına uyğun olaraq akkreditasiya olunub. Xidmətinin sifarişi ilə 2009-cu ildə Almaniyada müasir cihaz və avadanlıqlarla təchiz edilmiş, Avropa və MDB ölkələrində yeganə olan səyyar laboratoriya quraşdırılaraq respublikamıza gətirilib. Səyyar laboratoriya respublikanın regionlarında sahibkarlar tərəfindən satışa çıxarilan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, əyarlanması və damğalanması, qiymətli daşların ekspertiza və diaqnostikası əməliyyatlarının operativ həyata keçirilməsini təmin etmək, həmçinin sahibkarların təhlükəsizliyini qorumaq məqsədilə fəaliyyət göstərir.

Stasionar və səyyar laboratoriya ABŞ və Avropa ölkələrinin istehsalı olan aşağıdakı avadanlıq və cihazlarla təchiz edilərək konkret funksiyaları yerinə yetirir:

- "MİDEX-M" markalı rentgen spektrometri (qiymətli   metalların   kimyəvi   tərkibi və əyarını təyin etmək üçün, Almaniya istehsalı), "LEİCA-Mz125" videosistemi (əyar damğaları izlərinin ekspertizası, yəni dövlət damğalarını saxta damğalardan fərqləndirmək üçün, Almaniya istehsalı), "FİRESCAN" lazer damğavuran (qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının damğalanması üçün, Almaniya istehsalı), Stasionarmini hemmoloji laborotoriyalar (qiymətli daşların diaqnostikasının aparılması üçün, Belçika istehsalı), Hemmoloji mikroskop (qiymətli daşların ekspertizasının aparılması üçün, ABŞ istehsalı), "PRESİDİUM  DUOTESTER" cihazı (qiymətli daşların  sintetik və təbiiliyini ilkin mərhələdə yoxlamaq üçün, İsrail istehsalı), "REFRAKTROMETR" (qiymətli daşların yan kəsimlərinin keyfiyyətinin müəyyən edilməsində işığın sınma gostəricisini təyin etmək üçün, İsrail istehsalı), Kolorimetr (qiymətli daşların rəngini müəyyən etmək üçün, İsrail istehsalı), "METTLER TOLEDO" (elektron tərəzi 0,1qr-0,0001qr dəqiqliklə, İsveçrə istehsalı), "DİA MENSİON" (brilyantların cilalanmasını qiymətləndirmə sistemi, Belçika istehsalı), "Bruker XRF Analyzers" (qiymətli metalların analizi üçün portativ analizator, Almaniya istehsalı).

Stasionar və səyyar laboratoriyada yerləşdirilən avadanlıqlar və cihazlardan istifadə etməklə istənilən növ qiymətli metalın tərkibini və əyarını, qiymətli daşların diaqnostika və ekspertizasını qısa zamanda müəyyən etmək mümkündür.

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahələrində fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanına əlavə edilməsi barədə" 2007-ci il 29 iyun tarixli 605 nömrəli fərman imzalayıb. Fərmanın icrası ilə bağlı sahibkarlar tərəfindən edilən müraciətlərə əsasən onlara müvafiq fəaliyyət növü ilə məşğul olmaları üçün xüsusi razılıq (lisenziya) verilir.

Xidmət tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2013-cü il 9 yanvar tarixli kollegiya qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək 23 yanvar 2013-cü il tarixdən qüvvəyə minib.  Həmçinin "Qiymətli metalların və qiymətli daşların qalığı barədə statistik məlumatlar"ın elektron variantda qəbulu təşkil edilib. Bu gün bu xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədlər (ərizə, blank və digər) elektron formada yerləşdirilmiş və şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilir. Həmçinin Xidmətin fəaliyyəti barədə məlumatlar mütəmadi, yenilənmiş əsaslarla özünün rəsmi internet saytında yerləşdirilir.

Dövlət Xidmətində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi istiqamətində də işlər görülür. Beynəlxalq praktikadan yararlanmaq məqsədilə Xidmətin iki əməkdaşı M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin Geoloji fakultəsinin Hemmoloji mərkəzində "brilliantların ekspertiası" proqramı üzrə kurs keçib. Kurs başa çatdıqdan sonra M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin Geoloji fakultəsinin Hemmoloji mərkəzi tərəfindən əməkdaşlarımıza "brillyantlar üzrə ekspert ixtisası" üzrə diplomlar verilib.

Həmçinin Xidmətin daha iki əməkdaşı qiymətli daşlar üzrə ixtisas və peşəkarlığını artırmaq, yenimüasir avadanlıqlarla işləmək üçün xüsusi hazırlıqlarını təşkil etmək məqsədi ilə Moskva şəhərində yerləşən və əlavə professional təhsil verən müstəqil qeyri-kommersiya təşkilatı olan "Hemmoloji İnstitutda" keçirilmiş "Təraşlanmış almazların (brillyantların) ekspert qiymətləndirilməsi" və "Rəngli qiymətli və zərgərlik daşların diaqnostikası və qiymətləndirilməsi" üzrə kurslarda təcrübə keçiblər. Kursu başa vurduqdan sonra Hemmoloji İnstitut tərəfindən əməkdaşlara "Təraşlanmış almazların (brillyantların) qiymətləndirilməsi üzrə ekspert" ixtisası üzrə diplomlar verilib.

Xidmətin əməkdaşları qiymətli metallar və qiymətli daşlarla bağlı avadanlıqlarda işləmək üzrə ixtisas və peşəkarlığını artırmaq üçün xarici ölkələrdə bununla bağlı tətbiq edilən yeni üsulları mənimsəmək, işlədilən müasir cihaz və alətlərin tətbiqini öyrənmək məqsədilə MoskvaBerlin şəhərlərinə, İsrailə, Ukrayna Respublikasına da ezam ediliblər.

Ümumilikdə fəaliyyəti dövründə Xidmət tərəfindən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, əyarlanması və damğalanması əməliyyatlarına və xüsusi razılıq (lisenziya) verilməsinə görə 8,3 mln. manat məbləğində rüsumun  dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Sonda bir daha Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti olaraq keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyyə edirik. Çünki dövlət əyar damğası zərgərlik məmulatlarının keyfiyyətinə dövlət zəmanətidir.

 

Adil ƏHMƏDOV,

Maliyyə Nazirliyinin Qiymətli Metallara

 Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi

Azərbaycan.-2014.- 11 sentyabr.- S.8.