İran İslam Respublikasının Ali Rəhbəri

 Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə

 

Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

Sizə səmimi salamlarımı yetirməkdən məmnunam. Üzərinizdə aparılmış cərrahiyyə əməliyyatının uğurla həyata keçməsi məni çox sevindirdi. Əməliyyatdan sonra tezliklə sağalmağınızı diləyirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2014-cü il.

Azərbaycan.-2014.- 12 sentyabr.- S.1.