Azərbaycan Prezidenti İlham Əliyev Fransa
Müdafiə
Nazirliyi Beynəlxalq İnkişaf
İdarəsinin direktorunu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Fransa Müdafiə Nazirliyinin Beynəlxalq
İnkişaf İdarəsinin direktoru Stefan Rebi qəbul edib.
Görüşdə
Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
möhkəmləndirilməsində dövlət
başçıları arasında keçirilən
görüşlərin önəmi qeyd olundu, müdafiə sənayesi
sahəsində əməkdaşlıq imkanları ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.3.