Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 325, ¹ 9, maddə 737; 2007, ¹ 2, maddə 85, ¹ 4, maddə 330; 2008, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddələr 85, 91; 2012, ¹ 7, maddə 684) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.25-1-ci bənd əlavə edilsin:

"8.25-1. turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərini akkreditasiyadan keçirmək;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.4.