Azərbaycan-Malayziya biznes forumu keçirilib

 

Malayziyanın Baş naziri Mohammad Najib

 Tun Abdul Razak Azərbaycana rəsmi səfəri

 

 

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 12-də Azərbaycan və Malayziya adamlarının iştirakı ilə biznes forum keçirilib.

Biznes forumda rəsmi şəxslərlə yanaşı, neft-qaz, tikinti, bank, qida sənayesi, konsaltinq, səhiyyə, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Malayziyanın beynəlxalq ticarət və sənaye nazirinin müavini Datuk Hamim Samuri forumu açaraq Azərbaycan ilə Malayziya arasında işgüzar əlaqələrin inkişafında bu tədbirin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində rolunu qeyd edib. O, Malayziyanın Baş nazirinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına önəmli töhfə verəcəyini bildirib. Nazir deyib ki, Azərbaycan ilə Malayziya arasında əlaqələr uğurla inkişaf edir. Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın da inkişafı üçün geniş imkanlar açır.

Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Malayziya arasında imzalanması nəzərdə tutulan 17 sənəd üzərində hazırda aparılır. Ş.Mustafayev iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Bildirib ki, ölkələrimizin adamlarının əlaqələrinin genişləndirilməsi Azərbaycan-Malayziya iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətli rol oynayacaq.

Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiyaixrac imkanları, həyata keçirilən irimiqyaslı regional layihələr barədə də məlumat verib. O, ölkəmizdə siyasimakroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş olduğunu vurğulayıb. Ş.Mustafayev bu uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin dayandığını bildirib.

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, dünyada baş verən maliyyə-iqtisadi böhranın fonunda Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Baş nazir biznes forumun bu əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib. Malayziya iqtisadiyyatı, eləcə də iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, adamlarını fəal əməkdaşlığa dəvət edib. O bildirib ki, azərbaycanlı adamları Malayziya ilə sıx əməkdaşlıq nəticəsində, eyni zamanda, yeni bazarlara çıxmaq imkanı da qazanacaqlar. Malayziyanın Baş naziri nəinki iqtisadiyyat, həmçinin mədəniyyət, təhsil sahələrində də əməkdaşlığın vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Malayziyanın “Sapura Kencana Petroleum Berhad” şirkətinin prezidenti Seri Şaril Şamsudin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və başqaları ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud imkanlardan danışıblar.

Biznes forumda hər iki ölkənin şirkətlərinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan ilə Malayziya arasında iqtisadi əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılıb.

Malayziyalı adamları çıxışlarında Azərbaycandakı iqtisadi inkişafı yüksək qiymətləndirib və azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

 

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.5.