Baş nazirlərin görüşündə Azərbaycan ilə Malayziya

 arasında əlaqələrin inkişafından danışılıb

 

Malayziyanın Baş naziri Mohammad Najib Tun

 Abdul Razak Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 12-də ölkəmizdə rəsmi səfərdə olan Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ilə görüşüb.

Baş nazir Artur Rasizadə malayziyalı həmkarına ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Əmin olduğunu bildirib ki, Malayziyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışan Baş nazir A. Rasizadə deyib ki, bu problem yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ölkəmizə rəsmi səfərindən məmnun qaldığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqları yüksək qiymətləndirən Malayziyanın Baş naziri bu müzakirələrin bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu deyib. Səfər çərçivəsində imzalanan sənədlərə toxunan Baş nazir Mohammad Najib Tun Abdul Razak bunun ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.5.