Sevinirəm ki, istəyimə nail olmuşam

 

Prezident təqaüdçüləri

 

Fuad Firudin oğlu Quliyev Astara rayonu Kijəbə qəsəbəsində  anadan olub, burada orta təhsil alıb. Bu il TQDK-nın keçirdiyi qəbul imtahanında IV qrup üzrə 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Hələ orta məktəbdə oxuduğu illərdə Məktəblilərin Fənn Olimpiadasının Respublika turunda iştirak edib, "bilik yarışında"kı nəticələrinə görə I dərəcəli diploma layiq görülüb. Ali məktəbə qəbul zamanı topladığı yüksək bala görə bu günlərdə Astara Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib. Atası mühəndis, anası kənd məktəbində laborant vəzifəsində çalışır.

Fuad uşaqlıqdan həkim olmaq arzusunda idi. Ona görə də elə birinci sinifdən axıra kimi əlaçı olub. Arzusuna çatmaqda ona mükəmməl biliklər verən müəllimlərinə dərin minnətdarlığını bildirir.

Fuad Quliyevin redaksiyamıza ünvanlandığı teleqramda deyilir:

- Dövlət başçısının mənə Prezident təqaüdü verilməsi haqqında sərəncamı həyatımda unudulması mümkün olmayan ən əlamətdar hadisədir. Bu mükafat məni daha məsuliyyətli olmağa, daha səylə çalışmağa sövq edir.

 

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.11.