Prezident İlham
Əliyev Bakının Əmircan qəsəbəsindəki
84 nömrəli məktəbin yeni
binasının açılışında iştirak edib
Sentyabrın
13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki
84 nömrəli tam orta məktəbin yeni binasının
açılışında iştirak edib.
Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə
tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər
planına əsasən hər il olduğu kimi, bu il də məktəblərin
təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər
planına uyğun olaraq təhsil ocaqlarının maddi-texniki
bazası möhkəmləndirilir.
Yeni
dərs ili ərəfəsində respublikanın hər yerində
olduğu kimi, paytaxt Bakıda da orta məktəb
binalarının yüksək standartlara uyğun yenidən
qurulması və lazımi avadanlıqla təchiz edilməsi
dövlətimizin təhsil sahəsinə
qayğısını nümayiş etdirir.
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı dövlətimizin
başçısına məlumat verdi. Bildirildi ki, 1920-ci ildə
inşa olunan məktəbin binasından ilk vaxtlar hospital kimi
istifadə olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci
ildə sökülüb və yerində ən müasir
standartlara cavab verən üçmərtəbəli bina
tikilib.
Dövlətimizin
başçısı məktəbin rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat
verildi ki, hazırda 48 sinif otağı olan məktəb 1224
şagird yerlikdir. Məktəbin foyesində ulu öndər
Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi
qayğını və Prezident İlham Əliyevin Suraxanı
rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə
çatdırılması istiqamətində
gördüyü işləri əks etdirən fotolardan ibarət
stendlər yaradılıb.
Dövlətimizin
başçısı məktəbdə yaradılan şəraitlə
yaxından tanış oldu. Burada bütün sinif otaqları,
fənn kabinetləri ən müasir tələblər səviyyəsində
qurulub. Məktəb yüksək tələblərə cavab
verən avadanlıq və müasir dərs ləvazimatları
ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri
laboratoriyalarda tətbiq etmələri üçün də
zəruri avadanlıq quraşdırılıb. Təhsil
ocağının idman zalı da müasirliyi ilə diqqəti
cəlb edir. Məktəbin akt salonunda müxtəlif tədbirlərin
keçirilməsi üçün hər cür şərait
var. Şagirdlərin hərbi hazırlığının və
vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə
məktəbdə hərbi hazırlıq sinfi də
yaradılıb. Burada müasir istilik və
işıqlandırma sistemləri quraşdırılıb. Təhsil
ocağının həyətində də abadlıq və
quruculuq işləri görülüb. Məktəbin
açıq futbol, voleybol
və basketbol meydançaları da var.
Azərbaycan.-2014.- 14 sentyabr.- S.1.