Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 406; 2012, ¹ 11, maddə 1105; 2013, ¹ 8, maddə 905, ¹ 10, maddə 1151) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 10.7-1-ci və 10.11-1-ci bəndlər əlavə edilsin:

"10.7-1. viza məsələləri ilə bağlı xidmətləri həyata keçirir və Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirir;";

"10.11-1. xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarını qeydiyyatdan keçirir;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.1.