«Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3, maddə 161; 2011, ¹ 6, maddə 509; 2013, ¹ 9, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə üzrə:

1.1. 3.1-ci və 3.2-ci bəndlərdə "fərdi icazələrin verilməsi" sözləri " icazələrinin verilməsi (müddətinin uzadılması)" sözləri ilə əvəz edilsin;

1.2. 3.3-cü bəndə "icazələrin verilməsi" sözlərindən sonra "(müddətinin uzadılması)" sözləri əlavə edilsin;

2. 5-ci hissə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.4.