Meksika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri cənab Enrike Penya Nietoya
Hörmətli
cənab Prezident,
Meksika
Birləşmiş Ştatlarının milli bayramı –
Müstəqillik günü münasibətilə Sizi və
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi
dostluq və əməkdaşlıq münasibətlərimizin
inkişafına bundan sonra da töhfələr verəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 12 sentyabr 2014-cü il.
Azərbaycan.-2014.- 16 sentyabr.- S.2.