"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

298 Bakı şəhəri, 5 sentyabr 2014-cü il

 

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 iyun tarixli 176 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 4, maddə 384, 9, maddə 868, 12, maddə 1228; 2006, 10, maddə 902; 2008, 9, maddə 853, 12, maddə 1104; 2010, 6, maddə 548, 7, maddə 705; 2011, 5, maddə 445, 12, maddə 1248; 2012, 4, maddə 391, 5, maddə 491, 11, maddə 1200; 2014, 5, maddə 548; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 iyun tarixli 195 nömrəli və 2 sentyabr tarixli 296 nömrəli qərarları) ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nın 5.2.3-cü yarımbəndinə "Ədliyyə" qəzetində," sözlərindən sonra "dini qurumların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən buraxılan "Cəmiyyət və din" qəzetində," sözləri əlavə edilsin.

Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 18 sentyabr.- S. 1.