Üzeyir Hacıbəyli irsinə həsr olunmuş kitab sərgisinin

 açılışı və elektron məlumat bazasının təqdimatı olub

 

Sentyabrın 18-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Üzeyir Hacıbəyli irsinə həsr olunmuş kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı olub.

AzərTAc xəbər verir ki, mərasim Üzeyir Hacıbəyli VI beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub.

Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş beynəlxalq musiqi festivalı Azərbaycanda 2009-cu ildən keçirilir. Festivalda azərbaycanlı musiqiçilərlə yanaşı, xarici ölkələri təmsil edən ifaçılar da iştirak edirlər.

Festivalın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudur.

 

Azərbaycan.-2014.- 19 sentyabr.- S.11.