Qordon Yanq Birrellin «Dostluq» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Əsrin müqaviləsi"nin 20 illiyi ilə əlaqədar BP şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qordon Yanq Birrell "Dostluq" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 19 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 sentyabr.- S.1.