Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş

naziri Əhməd Davudoğlunun təkbətək görüşü

 

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri

 

 

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 20 sentyabr.- S.1.