Yunanıstanın Baş naziri Antonis Samarasın Azərbaycana səfəri

 

Prezident İlham Əliyevin və Baş nazir Antonis Samarasın təkbətək görüşü

 

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var.

Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 20 sentyabr.- S.4.