Baş nazir Əhməd Davudoğlu Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub

 

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri

 

Sentyabrın 19-da Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub.

Liseyin fəaliyyəti barədə Baş nazir Əhməd Davudoğluna ətraflı məlumat verilib.

Türkiyənin Baş naziri şagirdlərlə görüşüb, onlara hədiyyələr təqdim edib.

Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərindən, bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıqdan danışıb, liseyin kollektivinə müvəffəqiyyətlər arzulayıb.

 

Azərbaycan.-2014.- 20 sentyabr.- S.5.