Azərbaycana təsir göstərmək, ölkəmizin

 daxili işlərinə qarışmaq mümkün deyil

 

Avropa Parlamentinin ölkəmizdəki vəziyyəti əks

 etdirməyən qətnaməsi tamamilə qeyri-obyektivdir

 

Avropa Parlamentinin (AP) cəmi 46 deputatının iştirakı ilə Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə günün müzakirə mövzusudur. Ölkə ictimaiyyəti, ekspertlər, politoloqlar hesab edirlər ki, bu qətnamənin AP-nin ölkəmizlə bağlı müxtəlif dövrlərdə qəbul etdiyi digər qərəzli sənədlərdən heç bir fərqi yoxdur.

Həmin sənədi hazırlayan bir qrup parlamentarinin niyyəti Azərbaycana hansısa vasitələrlə təzyiq göstərmək, öz xeyirləri naminə çirkin planlarını həyata keçirməkdir. Bəzi antiazərbaycan və islamofob dairələr davamlı şəkildə ölkəmizə qarşı kampaniya aparır və öz qərəzli niyyətlərini reallaşdırmağa çalışırlar.  Azərbaycanın üzv olmadığı və qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamentinin bütün etik normalara, diplomatik qaydalara, Avropa İttifaqı ilə bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinin ruhuna ziddikili standartların bariz nümunəsi olan belə sənədlər qəbul etməsi, təbii ki, təəssüf doğurur.

Konkret cinayət əməllərinə görə həbs olunmuşya məhkum edilmiş şəxslərin "dərhal, qeyd-şərtsiz azad olunması",  anarxiya və özbaşınalığa yol aça biləcək "sərhədsiz azadlıq" tələbləri, Azərbaycanla əməkdaşlıq edən digər beynəlxalq qurumlara qarşı təzyiqşantaj cəhdi və s. bu sənədin qeyri-obyektivliyinionu qəbul edənlərin məkrli simasını açıq nümayiş etdirir. AP-nin Azərbaycana təzyiq göstərmək üçün Beynəlxalq Olimpiya Komitəsinə və quruma üzv olan ölkələrə çağırışı bunu bir daha təsdiq edir.

Bu qətnamə donosların, təhdid xarakterli, yalan informasiyaların karusel mexanizmi əsasında dövriyyəsinə təkan verir. Həmin yalan və qərəzli informasiyalar antiazərbaycan dairələrin sifarişi əsasında AXCP, "Milli Şura", onların təsiri altında olan QHT-lərin və medianın mətbəxində hazırlanır və sonra da AP kimi qurumlar tərəfindən dövriyyəyə buraxılır.

Bu məsələyə münasibət bildirən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnaməni qərəzli və qeyri-obyektiv adlandırıb: "Təəssüf hissi ilə bildirməliyəm ki, Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub. Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının daha da yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir qismi dəfələrlə Azərbaycanda olublar. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür. 20 ildən yuxarı 1 milyona yaxın insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus, siyasi konyukturaya qurban verilməməlidir". 

Əli Əhmədov  bildirib ki, Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil.

"Avropa Parlamentində Azərbaycanla bağlı heç bir fakta söykənməyən, ölkə reallıqlarını əks etdirməyən məsələlərin müzakirəyə çıxarılması dərin təəssüf hissi yaradır".  Bu sözləri isə Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova vurğulayıb ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi etdiyi, strateji əhəmiyyətli mühüm layihələri gerçəkləşdirdiyi ərəfələrdə zaman-zaman ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların şahidi olmuşuq. Bu özlüyündə təqdir olunmur, çünki Azərbaycan hazırda regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əhəmiyyətli töhfələr verən siyasət həyata keçirir, beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik ölkə kimi tanınır.

Vitse-spikerin sözlərinə görə, Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışır: "Qətnamə layihəsinin formatına, orada əks olunan məsələlərə, ifadə olunan nəticəyə və digər məqamlara nəzər saldıqda görünür ki, bu layihə antiazərbaycançı dairələrin sifarişi əsasında hazırlanıb. Ona görə də Azərbaycandakı vəziyyəti əks etdirməyən bu layihə tamamilə qərəzli və qeyri-obyektivdir".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 21 sentyabr.- S.5.