Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Parisdə
keçirilən Azərbaycan
günləri böyük maraq doğurub
Ölkəmizin
fransızlara daha yaxından tanıdılması
üçün Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Parisin Vl meriyasının ərazisindəki
Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi
“ çərçivəsində keçirilən Azərbaycan
günləri paytaxt sakinləri və qonaqlar arasında
geniş əks sədaya səbəb olub və böyük
maraq doğurub.
Şəhərciyə
gələnlər müxtəlif növ şərablara,
şirniyyatlara, mürəbbələrə, quru meyvələrə,
çay dəsgahlarına qonaq edilib. Onlar xalça
toxunmasının və misgərlik məmulatlarının
hazılanmasının sirləri ilə yaxından
tanış olub, ölkəmizin tarixindən, mədəniyyətindən,
musiqisindən, incəsənətindən, Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və
Şuşadan bəhs edən kitabları və
broşürları, Heydər Əliyev Fondu tərəfindən
müxtəlif dillərdə nəşr edilən Xll əsr
Azərbaycan şairi, dahi söz ustadı Nizami Gəncəvinin
həyat və yaradıçılığına dair
kitabları əldə edib, Azərbaycan incəsənət
ustalarının çıxışlarını diqqətlə
izləyiblər.
Paytaxt
sakinləri sentyabrın 23-də incəsənət
ustalarının növbəti konsertini dinləyib.
Azərbaycan
Dövlət Filarmoniyasının xalq çalğı alətləri
ansamblı tamaşaçılar qarşısında
çıxış edib. Əməkdar Mədəniyyət
İşçisi Elçin Abbasov, Xəyyam Məmmədov,
Çinarə Mütəllibova, Şəfa Kərimov, Elmir
Tarverdiyev, Eyvaz Mütəllimov və Mehman Nuriyevin müxtəlif
milli musiqi alətlərində ifaları, xanəndələrdən
Əməkdar Artist Səbuhi İbayev, Günay İmamverdiyeva
və Könül Tağıyevanın oxuduqları
müğamlar və xalq mahnıları fransızlar tərəfindən
rəğbətlə qarşılanıb.
“Azərbaycan
şəhərciyi” çərçivəsində Azərbaycan
günləri davam edir.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2014.- 25 sentyabr.- S.7.