Patriarx Kiril: Bizim işgüzar əlaqələrimizin
gündəliyinə
Dağlıq
Qarabağ məsələsi də daxildir
Bizim
işgüzar əlaqələrimizin gündəliyinə
Dağlıq Qarabağ məsələsi də daxildir və
bu istiqamətdə iş aparırıq. Bugünkü
görüşümüzdə biz artıq 20 ildən
çoxdur ki, davam edən bu problemin həlli ilə
bağlı atılacaq addımlar barədə fikir mübadiləsi
apardıq.
Bu
sözləri şeyxülislam Allahşükür Paşazadə
ilə görüşündən sonda jurnalistlərə
açıqlamasında patriarx Kiril söyləyib.
Patriarx
bildirib ki, görüşdə Yaxın və Orta Şərqdə
vəziyyət də müzakirə olunub. “Biz dindən cinayətkar
və terrorçuluq əməllərini həyata keçirmək
üçün istifadə edənlərin dünya
üçün təhlükəli olması barədə
ümumi fikrə gəldik. Suriya və İraq ərazilərində
qan tökülür, əlbəttə, bu, Azərbaycan
müsəlmanlarını və Rusiya pravoslavlarını
narahat etməyə bilməz”, - deyə patriarx Kiril bildirib.
Rusiya
və Azərbaycanın din xadimləri arasında mehriban və
işgüzar münasibətlərin olduğunu deyən
patriarx qeyd edib ki, Azərbaycana səfəri gündəlikdədir
və hazırda səfərin tarixi dəqiqləşdirilir.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə isə
bugünkü görüşün xalqlarımız və
ölkələrimiz arasında münasibətlərin daha da
möhkəmlənməsi istiqamətində atılan növbəti
addım olduğunu bildirib.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2014.- 27 sentyabr.- S.4.