Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 26-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbulda bölgədə yerləşən Şamaxı, Qobustan, Ağsu rayonları sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və digər məsələlərlə bağlı olub.

Komitənin sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

 

Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.