Xəzəryanı ölkələrin
dövlət başçıları Həştərxanda
yetişdirilən
nərə balıqlarının
Volqaya buraxılması mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiyanın Həştərxan şəhərinə
işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Həştərxan
şəhərində Xəzəryanı ölkələrin
dövlət başçılarının IV Sammitində
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev,
Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani,
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov Volqa çayı
sahilində gəziblər.
Sonra prezidentlər Həştərxanda yetişdirilən nərə balıqlarının Volqa çayına buraxılması mərasimində iştirak ediblər.
AzərTAc
Azərbaycan.-2014.- 30 sentyabr.- S.3.