Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti

Nursultan Nazarbayevin görüşü olub

 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri

 

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Həştərxanda görüşü olub.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

AzərTAc

Azərbaycan.-2014.- 30 sentyabr.- S.3.