Ümumgürcüstan katalikos patriarxı: Prezident İlham

 Əliyevin rəhbərliyi altında Azərbaycan

 daha böyük uğurlar qazanacaqdır

 

Ümumgürcüstan katalikos patriarxı II İlya Yeni il münasibətilə AzərTAc-ın xüsusi müxbirinə müsahibə vermişdir.

II İlya demişdir: "Yeni il yeni arzular, yeni niyyətlər ilidir. Mən zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Gürcüstan və Azərbaycan xalqlarının münasibətləri tarixən dostluq, mehribanlıq, səmimilik köklərinə söykənmişdir. Əminəm ki, dostluq münasibətlərimiz bundan sonra da davam edəcəkdir".

II İlya daha sonra demişdir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qardaş ölkənin beynəlxalq aləmdə qazandığı uğurlar bizi sevindirirümidvaram ki, bu nailiyyətlər daha da artacaqdır".

Sonda Ümumgürcüstan katalikos patriarxı bir daha qardaş Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmişdir.

 

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2014.- 8 yanvar.- S.4.