ABŞ Prezident İlham Əliyevə davamlı dəstəyini bəyan etdi

 

Dövlət katibi Con Kerri: "Azərbaycan dünya enerji

 resurslarının etibarlı yeni mənbəyinə çevrilir"

 

 

Azərbaycanla ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq münasibətləri qurulub. 1993-cü ildən etibarən bu münasibətlər yüksələn xətlə inkişaf edibstrateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hazırda Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə kimi bütün dünya ictimaiyyətini düşündürən aktual məsələlər ətrafında yüksək əməkdaşlıq telləri mövcuddur. ABŞ rəsmiləri dəfələrlə elan ediblər ki, Azərbaycan Birləşmiş Ştatların strateji tərəfdaşıdır.

Ötən ilin noyabrında ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik də təsdiq etdi ki, ABŞ Cənubi Qafqazın lideri olan və sürətlə inkişaf edən Azərbaycan Respublikasını özünün strateji tərəfdaşı hesab edir. ABŞ Prezidenti xüsusi olaraq vurğulamışdı ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr verib. Azərbaycanın əldə etdiyi uğurlu sosialiqtisadi tərəqqini alqışladıqlarını bildirən Barak Obama həmçinin ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldıqlarını ifadə etmiş, həmçinin Azərbaycanın regiondadünyada sülhsabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirmişdi.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına ABŞ dövləti adından növbəti təbrik məktubu gəlib. Bu dəfə dövlət katibi Con Kerri "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə ötən ilin dekabr ayının 17-də imzalanan yekun investisiya qərarı ilə bağlı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Ötən il dekabrın 17-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan növbəti möhtəşəm hadisə baş verdi. Bakıda "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalandı. İmzalanma mərasimində Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: "Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. Bu gün "Şahdəniz-2" enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir".

"Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. Layihə bugünə qədər kəşf edilmiş 3 trilyon kubmetrə yaxın Azərbaycan qazının ən azı 100 il birbaşa satışı üçün Avropada vasitəçisiz bazar yaradır. Bununla da Azərbaycan dünyada həm neft, həm də qlobal qaz ixracatçısına çevrilir. Bu isə uzun illər Azərbaycanın milli gəlirlərinin formalaşmasının diversifikasiyası deməkdir.

Xatırladaq ki, 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

Azərbaycan həyata keçirdiyi uğurlu enerji siyasəti ilə bütövlükdə regionunbir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Bu səbəbdən Azərbaycanla ABŞ arasında bir çox sahələrlə yanaşı, enerji təhlükəsizliyi məsələsi ətrafında da sıx əməkdaşlıq mövcuddur. ABŞ "Əsrin müqaviləsi"nin imzalanmasından sonra reallaşan bütün enerji layihələrinə yaxından dəstək verib. Bu gün isə rəsmi Vaşinqton Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsinə sadiqdir.  Bununla bağlı dövlət katibi Con Kerrinin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir: "17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində "Cənub" Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm".

Bu təbrik məktubu bir daha göstərir ki, Azərbaycan düşünülmüş və uğurlu enerji siyasəti yürüdür. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində daha da zənginləşdirilib və yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycanın bütün tərəfdaşları tərəfindən təqdir olunan bu siyasət respublikamızın və xalqımızın maraqlarına layiqincə xidmət edir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 9 yanvar.- S.1.