Bakı Dövlət Universiteti ilə Karl adına Praqa

 Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır

 

Yanvarın 8-də Karl adına Praqa Universitetinin rektoru professor Vaclav Hamplın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış alimlərin, mütəxəssis müəllimlərin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini vurğulamışdır.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan rektor  BDU-nun inkişaf mərhələləri, fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən Praqa Universiteti ilə əməkdaşlığından danışmışdır.

Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verən professor Vaclav Hampl qeyd etmişdir ki, Avropanın ən qədim universitetlərindən olan bu ali məktəbdə 300-dən çox ixtisas ixtisaslaşma üzrə 54 min tələbə oxuyur. Ümumilikdə 17 fakültəsi nəzdində bir neçə elmi-tədqiqat institutu olan universitetdə Albert Eynşteyn, Alois Musil, İosif Fişer dünyanın digər məşhur alim mütəfəkkirləri təhsil almışlar.

Sonra Bakı Dövlət Universiteti ilə Karl adına Praqa Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

Sənədi akademik A.Məhərrəmov professor V.Hampl imzalamışlar.

Memorandumda müəllim, tədqiqatçı tələbələrin, həmçinin  elmi nəşrlərin, tədris materiallarının mübadiləsi, Avropa İttifaqının  qarşılıqlı maraq doğuran layihə proqramlarında birgə iştirak etmək s. nəzərdə tutulur.

 

Azərbaycan.-2014.- 9 yanvar.- S.3.