Türkiyədə ümummilli lider Heydər Əliyevin

 xatirəsinə həsr edilmiş jurnallar nəşr olunmuşdur

 

Türkiyənin 7 Aralıq Universiteti tərəfindən nəşr edilən "Asia minor studies" Beynəlxalq indeksli elmi jurnalının və Diclə Universitetinin "Sosial bilimlər araşdırma dərgisi"nin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş xüsusi buraxılışları olmuşdur.

AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutundan AzərTAc-a bildirmişlər ki, xüsusi buraxılışların elmi redaktoru bu elm müəssisəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımovdur.

Türkiyəli və azərbaycanlı tədqiqatçılar hər iki nəşrdə  ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi siyasi-iqtisadi islahatların elmi təhlilini vermişlər.

 

Azərbaycan.-2014.- 9 yanvar.- S.3.