Azərbaycan alimi daha bir beynəlxalq mükafata layiq görülmüşdür

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına -  "Kraliça Viktoriya" diplomuna və medalına layiq görülmüşdür.  Tarix İnstitutundan AzərTAc-a bildirmişlər ki, bu mükafat alimə Böyük Britaniyanın Oksford şəhərində "Elm və təhsil: yeni imkanlar və istiqamətlər" mövzusunda Beynəlxalq elmi konfransda verilmişdir.

"Kraliça Viktoriya" Beynəlxalq mükafatı elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir. 2012-ci ildə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin  "Best Enterprises-2012" diplomuna, bu elm müəssisəsinin direktoru, professor Y. Mahmudov isə  böyük elmi nailiyyətlərinə görə "The Name in Science" ("Elmdə ad") fəxri tituluna layiq görülmüşdür.

 

Azərbaycan.-2014.- 9 yanvar.- S.3.