Təhsil naziri Şabranda vətəndaşları qəbul etmişdir

 

Yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Şabranda şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir. Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarından olan 60-dan çox vətəndaşın müraciətinə baxılmışdır.

Müvafiq rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin əlaqədar struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə qəbul, məktəb və uşaq bağçalarının təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, təhsil haqqı və köçürmələrlə bağlı müraciətlər etmişlər. Hər bir müraciət diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 11 yanvar.- S.3.