Azərbaycanın müdafiə naziri Gəncədə olmuşdur

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədi ilə Gəncə şəhərində olmuşdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.

 

Azərbaycan.-2014.- 11 yanvar.- S.3.