AMEA-nın Humanitar İctimai Elmlər Bölməsi hesabat vermişdir

 

Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın Humanitar İctimai Elmlər Bölməsinin (HİEB) 2013-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ötən il bölmənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən nəşr etdirilmiş kitablarla tanış olmuşlar. Tədbirdə HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin bölmənin elmi-tədqiqat müəssisələrinin 2013-cü ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir.

Bildirilmişdir ki, hesabat dövründə Prezident İlham Əliyevin elm sahəsindəki müvafiq fərman sərəncamlarının, dövlət proqramlarının icrasına uyğun olaraq bölmədə kompleks tədbirlər həyata keçirilmiş, aparılan elmi-tədqiqat işləri Azərbaycanın müstəqilliyinə, sosial-iqtisadi inteqrasiyasına, mədəni-mənəvi, intellektual inkişafına, elmimizin beynəlxalq aləmə inteqrasiyasına bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına istiqamətlənmişdir.

K.Abdullayev bölmə üzrə 2013-cü ilin elmi-tədqiqat işlərinin planlarının yerinə yetirilməsi, əldə edilmiş nəticələr, institutların hesabat ilindəki fəaliyyəti, həmçinin bir sıra digər təşkilatların mühüm nəticələri haqqında məlumat vermiş, AMEA-nın İqtisadiyyat, Arxeologiya Etnoqrafiya institutlarında müqavilələr üzrə aparılmış işləri yüksək qiymətləndirmişdir.

Diqqətə çatdırılmışdır ki, AMEA-nın ən böyük struktur bölməsi olan HİEB- 11 problem şurası, 14 elmi tədqiqat müəssisəsi, 3 muzey fəaliyyət göstərir. İl ərzində bölmənin  5 ümumi, 8 büro iclası keçirilmişdir. Bölmə iclaslarında, eyni zamanda 95 elmi-təşkilati, 33 kadr  14 cari  məsələyə baxılmış, həmçinin dövlət əhəmiyyətli sənədlərin, gündəmdə olan ən aktual problemlərin müzakirəsinə geniş yer verilmişdir.

2013-cü ildə bölmə üzvləri elmi, elmi-təşkilati, ictimai işlər sahəsində fəal çalışmış, dəyərli yaradıcılıq uğurları əldə etmişlər. Hazırda bölmədə 11 akademik 27 müxbir üzv fəaliyyət göstərir.

Onlar son bir il ərzində 68 kitab 337 məqalə çap etdirmişlər. Bu elmi əsərlər sırasında akademik Ramiz Mehdiyevin "Tarixi idrakın elmiliyi probleminə dair", "Azərbaycanı dəyişmiş on il: 2003-2013" əsərləri xüsusi əhəmiyyət kəsb edir.

Hesabat ilində AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun redaktorluğu ilə ikicildlik fundamental "Heydər Əliyev" monoqrafiyası akademik Teymur Bünyadovun  "Qəbələ folkloru" kitabı çapdan çıxmışdır.

Hesabatda qrantlar əsasında fəaliyyət göstərən bölmə elmi-tədqiqat müəssisələrinin (ETM) sayının artması, xarici əlaqələr sahəsində əldə edilmiş nailiyyətləri öz əksini tapmışdır.

Bildirilmişdir ki, bölmə institutlarının beynəlxalq əlaqələri genişləndirilmiş, alim mütəxəssislərimiz bir sıra nüfuzlu beynəlxalq elmi konfranslarda simpoziumlarda uğurla iştirak etmiş, institutların əməkdaşları müxtəlif fəxri adlara layiq görülmüş, diplom medallarla təltif olunmuşlar.

K.Abdullayev yeni nəşrlər haqqında ətraflı məlumat vermişdir. Nəzərə çatdırılmışdır ki, il ərzində bölmənin çap məhsulunun sayı 3 min 98 olmuşdur ki, onlardan 282-si kitab, 123-ü monoqrafiya, 2 min 463-ü isə məqalədir. Xaricdə 11 kitab, 32 monoqrafiya, 476 məqalə, 69 tezis nəşr olunmuşdur. Bu çap məhsullarının əksəriyyəti dünyanın nüfuzlu nəşriyyatlarında işıq üzü görmüşdür.

Qeyd edilmişdir ki, hesabat ilində 21 beynəlxalq konfrans keçirilmişdir. Onların sırasında AMEA-nın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Qloballaşma prosesləri Azərbaycan elmi" HİEB-in Bakı Slavyan Universiteti ilə birgə  keçirdiyi "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda elmi konfransları xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, institutlarda respublika elmi konfransları, müxtəlif mövzularda "dəyirmi masa"lar,  simpoziumlar, sərgilər təqdimat mərasimləri yüksək səviyyədə keçirilmişdir.

K.Abdullayev vurğulamışdır ki, "Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda nəzərdə tutulan kompleks tədbirlərdən biri yüksək ixtisaslı kadr hazırlığı məsələsidir.

Hesabat ilində bölməyə daxil olan ETM-lərdə 2 min 300 nəfər çalışmışdır. Onlardan 5-i akademik, 14-ü müxbir üzv, 169-u elmlər doktoru, 628 nəfəri fəlsəfə doktorudur. Beş nəfər elmlər doktoru, 43 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.

Hazırda doktoranturada fəlsəfə doktoru hazırlığı üzrə 299 nəfər təhsil alır. Qeyd edək ki, ötən il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 154  nəfər qəbul olunmuşdur. Hazırda bölmədə 480 dissertant vardır, onlardan 135-i xarici vətəndaşdır.

Nəzərə çatdırılmışdır ki, hesabat ilində bölmə ETM-lərinin  beynəlxalq əlaqələri xarici ölkələrə elmi ezamiyyətlər, dünyanın müxtəlif mərkəzlərində, kitabxanalarında araşdırmaların aparılması, beynəlxalq elmi konfranslarda iştirak, elmi jurnallarda məqalələrin nəşr etdirilməsi, görüşlərin, ekspedisiyaların keçirilməsi, müqavilələrin bağlanılması s. formada həyata keçirilmişdir.

Diqqətə çatdırılmışdır ki, dövlət başçısının müvafiq sərəncam fərmanlarına uyğun olaraq bölmənin müxtəlif institutlarında görkəmli mütəfəkkir alimlərimizin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.

K.Abdullayev Azərbaycan elminin inkişafında ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətini xüsusilə qeyd etmiş bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək il ərzində bölmədə Prezident İlham Əliyevin müvafiq fərman sərəncamlarına, müxtəlif dövlət proqramlarının icrasına uyğun olaraq ardıcıl, məqsədyönlü aparıldığını bildirmişdir.

 İ.Həbibbəyli qloballaşan dünyada akademiyanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, bu sahədə AMEA-da həyata keçirilən işlərdən danışmışdır. Bölmənin qrant layihələrindən, nəşrlərindən söhbət açan akademik impakt faktorlu jurnallarda alimlərimizin məqalələrinin sayının artırılmasının əhəmiyyətini xüsusilə vurğulamışdır.

Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev çıxış edərək akademiyanın institutlarında görülmüş işlərdən danışmış, təkliflərini səsləndirmiş, bölmənin hesabatını qənaətbəxş hesab etmişlər.

 

Azərbaycan.-2014.- 11 yanvar.- S.3.