Sənaye ili: nailiyyətlər və perspektivlər

 

"Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir".

İlham ƏLİYEV

 

 

Ötən illərdə olduğu kimi, 2013-cü il də ölkəmiz üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin yürütdüyü müstəqil praqmatik siyasət nəticəsində Azərbaycanın regionalqlobal səviyyədə mövqeyi daha da möhkəmləndi, həyata keçirilən hücum diplomatiyası xarici siyasətdə əhəmiyyətli nailiyyətlərin əldə olunması ilə müşayiət olundu. Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Əldə olunan bu uğurların təməlini düşünülmüş siyasət, mövcud olan ictimai-siyasi sabitlikuğurlu iqtisadi islahatlar təşkil edir. Ən önəmlisi isə atılan hər bir addımın, görülən işlərin mərkəzində Azərbaycan vətəndaşının, Azərbaycan ailəsinin yüksək rifahı dayanır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi: "Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Ümumilikdə, 2013-cü il ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişafı ilə yadda qaldı. Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi, ötən il öz reytinqini bir qədər də möhkəmləndirdi və bütün bunlar tanınmış beynəlxalq qurumların hesabatlarında öz dolğun ifadəsini əks etdirdi. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün bu gün Azərbaycan ən yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir. Ölkəmizin ildən-ilə maliyyə imkanları da artır. Belə ki, 2014-cü ilin dövlət büdcəsi 20 milyard manatı ötüb. Hazırda respublikamızın ümumi valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. İqtisadiyyat möhkəm siyasi sabitlik üzərində qurulmuş, infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətlər 2013-cü ildə də çox gözəl nəticələrə gətirib çıxarmışdır.

2013-cü ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 6 faiz artmışdır. Həmçinin 2013-cü ildə əhalinin pul gəlirləri 8 faiz çoxalmış, inflyasiya cəmi 2,4 faiz olmuşdur. Ötən il əhalinin məşğulluq problemi öz həllini tapmışdır. Belə ki, 2013-cü ildə 110 min yeni yeri açılmışdır ki, onlardan 80 mini daimidir. Ölkəmizdə işsizlik problemi demək olar ki, aradan qaldırılır və ötən il işsizliyin səviyyəsi 5 faizə düşmüşdür.

Son illər iqtisadi inkişaf tempinə görə dünyada ön sırada olan ölkəmizdə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət göstərilir. Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdirbu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Qeyri-neft sektorundakı əldə olunan artım Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür və qarşıya qoyulmuş əsas məqsəd də bu sahədə növbəti 10 il ərzində 2 dəfə artıma nail olmaqdır. Bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorunun yaranmasına gətirib çıxaracaqdır. 2013-cü ildə bu sahədə 9,8 faiz artım müşahidə olunmuşdur.

Ötən ilin ən uğurlu göstəricilərindən biri də ölkə iqtisadiyyatına yatırılan investisiyanın artmasıdır. Belə ki, 2013-cü ildə ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, Azərbaycana son illər ərzində yatırılan investisiyanın ən yüksək göstəricisidir. Bunun da 17,5 milyard dollarını daxili sərmayə təşkil edir. Təbii ki, bu göstərici ölkəmizdə əlverişli investisiya mühitinin yaradılmasının nəticəsidir. Ümumilikdə isə son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollara yaxın investisiya yatırılıb.

Ötən dövr ərzində respublikamızda ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olmuşdur. 2013-cü ildə kənd təsərrüfatında 5 faiz artım müşahidə olunmuş və 2014-cü ildə bu artımın daha da yüksək olması üçün əlavə tədbirlər görülür. Sahibkarlığın inkişafına dövlət dəstəyinin davamlılığı 2014-cü ildə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xidmət göstərməklə ölkə qarşısında duran vəzifələrin icrası üçün daha da yaxşı şərait yaradacaqdır.

2013-cü ildə ölkənin enerji siyasətində də çox mühüm hadisələr baş vermişmövcud enerji potensialından səmərəli istifadə edilərək onun nəqli və tranziti ilə bağlı əhəmiyyətli addımlar atılmışdır. Bütün bunlar isə öz növbəsində respublikaya gələcəkdə böyük həcmdə investisiyalar gətirəcəkdir. "Şahdəniz-2", TANAP, TAP layihələri vasitəsilə ölkənin malik olduğu qaz potensialı maksimum dərəcədə realizə ediləcək və Azərbaycan iqtisadiyyatına ilkin olaraq 45 milyard dollar investisiya qoyulacaqdır.

Prezident İlham Əliyevin 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan etməsi və bu sahənin daha da inkişafı ilə bağlı müvafiq sərəncamın imzalanacağını, tədbirlər planının tərtib və təsdiq ediləcəyini bildirməsi respublikamızda bu ilin sənayeləşmənin yeni mərhələsinin başlanğıc dövrü olacağına dəlalət edir. Bütövlükdə Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə etdikdə, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 10 ildə inkişafına daha da təkan verib.

Ümumiyyətlə isə respublikamızda sənayenin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə ölkəmizə rəhbər seçiləndən sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan sənayenin inkişaf göstəricilərinə görə də keçmiş sovet ölkələri arasında ön yerlərdə dayanmışdır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummili lider sənayenin yüksəlişinə çalışmış, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların yatırılması, inkişafa nail olunması üçün yeni imkanlar yaratmışdır. Ötən illər ərzində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin daha da artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların müsbət nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamla irəli getdiyini təsdiq edir.

 Respublikamızda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Həmçinin kosmik sənayenin inkişafı bu gün ölkənin qarşısında dayanan mühüm vəzifələrdəndir. Azərbaycanın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin, texnoparkların yaradılmasına əlverişli şərait yaradıb. Ölkədə sənaye parklarının yaradılmasında məqsəd də yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sumqayıt Texnoparkının fəaliyyət göstərməsi, qısa zamanda Texnologiyalar Parkının fəaliyyətə başlaması və gələcəkdə Mingəçevir Texnoparkın, eyni zamanda Balaxanı Texnoparkının yaradılması sənayenin inkişafına öz təsirini göstərmiş olacaqdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyevin bildirdiyi kimi: "Azərbaycanda sənaye sektoru çox sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir".

Regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və yeni rəqabətqabiliyyətli məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olmuşdur.

Ümumiyyətlə qarşıdakı, onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tululur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaqdır. Xüsusilə də sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcək və ölkəmiz beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini daha da artıracaqdır.

Bütün bu uğurlar bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdiyi yol düzgün yoldur və bu yol ölkəmizə yalnız uğur, inkişaf, rifah bəxş edəcəkdir.

 

 

 

Amil CAVADOV,

YAP Ağdam rayon təşkilatının sədr müavini,

 Gənclər Birliyinin sədri

Azərbaycan.-2014.- 12 yanvar.- S.4.