Fransanın «Mediapart» portalında

Azərbaycan haqqında məqalə yerləşdirilmişdir

 

AzərTAc xəbər verir ki, məqalədə Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, ölkənin keçdiyi sürətli inkişaf yolu barədə məlumat verilir.

Azərbaycanda mühüm uğurların əldə edildiyini vurğulayan müəllif 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini, "Azərspace-1" peykinin uğurla fəzaya buraxıldığını diqqətə çatdırır.

Məqalədə, həmçinin qeyd olunur ki, yerləşdiyi əlverişli coğrafi mövqedən faydalanan Azərbaycan özünə yeni bazarlar tapmışdır. Son illər Avropa ölkələri, ABŞ, Yaponiya tərəfindən Azərbaycana qoyulan sərmayələrin həcmi artmışdır. Yazıda, ölkəmizdə insan hüquqlarının qorunması, gender bərabərliyinin təmini sahəsində əldə olunmuş uğurlardan da bəhs edilir.

 

Azərbaycan.-2014.- 12 yanvar.- S.5.