ADİU-nun «Dünya iqtisadiyyatının tarixi»

dərsliyi türk dilində çap olundu

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) hazırladığı "Dünya iqtisadiyyatının tarixi" dərsliyi Türkiyədə çapdan çıxmışdır.

ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyevın və universitetin Beynəlxalq iqtisadi münasibətlər kafedrasının professoru Əvəz Bayramovun həmmüəllifiyi ilə hazırlanmış "Dünya iqtisadiyyatının tarixi" dərsliyinin türk dilinə tərcüməsi Türkiyədə "Gazi Kitabevi İlksan" nəşriyyatı tərəfindən çap edilmişdir.

Kitab türkdilli ölkələrin ali təhsil müəssisələrində iqtisadiyyat ixtisası üzrə tədris prosesində istifadə edilmək üçün tövsiyə olunmuş ilk Azərbaycan dərsliyidir. Dərslikdə dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı mərhələləri sistemli şəkildə əhatə edilməklə qlobal inkişaf prosesinin xüsusi əhəmiyyət kəsb edən problemləri və hadisələri şərh olunur. Dərslik iqtisadiyyat, tarix, hüquq, politologiyasosiologiya ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2014.- 14 yanvar.- S.6.