Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimov

 son mənzilə yola salınmışdır

 

Yanvarın 14-də Azərbaycanın məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimov son mənzilə yola salınmışdır.

Respublika Şahmat Mərkəzində təşkil olunan vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları və ölkənin idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi Respublika Şahmat Mərkəzinin salonunda qoyulmuşdu. Tabutun  önünə müxtəlif təşkilatların kollektivləri adından əklillər, o cümlədən tanınmış şahmatçı Vüqar Həşimovun beynəlxalq yarışlarda qazandığı kuboklarmedallar  düzülmüşdü.

 Salonda həzin matəm musiqisi səslənirdi.

Vüqar Həşimovun həmkarları, dostları, tanışları, veteran idmançılar ziyalılar  axın-axın Respublika Şahmat Mərkəzinin binasına gəlir, mərhuma son  borclarını verirdilər.

Vida mərasimindən sonra beynəlxalq qrossmeyster Vüqar Həşimovun cənazəsi üçüncü Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Hələ kiçik yaşlarından şahmata böyük maraq göstərmiş, öz istedadı ilə fərqlənmiş qısa müddətdə yüksək nailiyyətlər əldə etmiş qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatı bütün idman ictimaiyyətinin nümayəndələrini son dərəcə kədərləndirmişdir. Onun  Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr vermiş Vüqar Həşimov  öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırmışdır.

Şahmatda qazandığı ilkin nailiyyətlərinə görə 1998-ci ilin yanvar dekabr aylarında ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş mükafatlandırılmışdı.

 Azərbaycan xalqı bu zəka sahibindən  hələ çox qələbələr, yeni-yeni uğurlar gözləyirdi. Lakin vaxtsız əcəl Vüqar Həşimovun ömrünü yarımçıq qoydu. Həmişə öz mükəmməl gedişləri ilə dünyanın məşhur şahmatçılarını mat qoyaraq xalqımıza sevinc bəxş edən Vüqar Həşimov budəfəki son gedişi ilə bizlərə kədərli anlar yaşatdı. Dünya şöhrətli azərbaycanlı şahmatçı istedadının çiçəklənən bir vaxtında Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişdi.

Aramızdan vaxtsız getmiş Vüqar Həşimovun parlaq xatirəsi Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan.-2013.-15 yanvar.-6.