«Madam Batterflay» Bakıdadır

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında C.Puçinninin məşhur "Madam Batterflay" operası nümayiş olunub.

Tamaşada əsas partiyalardan birini Belarus Respublikasının əməkdar artisti, eləcə də həmin ölkənin Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov ifa edib. Məşhur opera ifaçısı indiyə kimi ABŞ, Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, İtaliya kimi ölkələrin opera səhnələrində böyük uğurla çıxışlar edib. Dünya şöhrətli bir opera ifaçısının Azərbaycan səhnəsində çıxışı musiqisevərlər tərəfindən rəğbətlə qarşılandı. Belaruslu ifaçı Azərbaycanın tanınmış opera solistləri Zemfira İsmayılova, Səbinə Vahabzadə və Fərid Əliyevlə bir səhnəni bölüşdürüblər. Operaya xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.

 

 

Azərbaycan.-2013.-15 yanvar.-7.