Ermənistan inqilabın astanasındadır

 

İşğalçı ölkənin cari ildə tənəzzülünün

 sürətlənəcəyi proqnozlaşdırılır

 

 

Əvvəlki kimi ciddi tənəzzül yaşamaqda davam edən Ermənistanı cari il ərzində daha böyük problemlər gözləməkdədir. Bunu ermənilər özləri də təsdiq edirlər və bildirirlər ki, inkişaf üçün heç bir bazisi yaradılmadığından ölkə yenə çoxsaylı  problemlərlə üzləşəcək. Yaşanan problemlər isə ən müxtəlif sahələri, o cümələdən sosial-iqtisadi həyatı əhatə edəcək.

Təbii ki, bu vəziyyət insanları ölkə barəsində daha pessimist düşünməyə vadar edir. Sabiq prezident Robert Koçaryan da etiraf edir ki, apatiya, çıxılmaz vəziyyətə düşməyin yaratdığı pis duyğular, ölkənin perspektivinə inanmamağa şərait yaradır. Bu da insanların davranışına və əhval-ruhiyyəsinə təsir edir. Təəccüblü görünsə də, eks-prezident açıq etiraf edir ki,  əhalinin, demək olar, yarısı əlinə düşən ilk fürsətdəcə ölkəni tərk etməyə hazırdır: "Əhalinin 40 faizi imkan yaranan kimi ölkəni birdəfəlik tərk etmək haqda düşünür. Harasa köçüb getməyə can atan adam qaçmaq istədiyi ölkədə, şəhərdə heç vaxt hansısa daşınmaz əmlak almır. Heç kim bu ölkədə yeni şirkət yaratmaq, biznes qurmaq istəyində deyil. Ermənistan sürətlə dağılır. Həm intellektual, həm də mənəvi baxımdan ölkə deqradasiyaya uğrayıb. Abadlıq-quruculuq işlərinin, tikintinin həcminin sürətlə azalmasının əsas səbəbi də budur. Çox ağrılı mənzərədir. Amma təəssüf ki, dırnaqarası xüsusi istedadlı insanlar bunu görə bilmirlər. Özübu vəziyyətin yaranmasında köhnə hakimiyyət günahkar deyil. Ona görə də burada məsuliyyətdən yayınmaq mümkün deyil. Əgər ölkənin baş naziri bunu dərk etmirsə, deməli o, intellekt baxımından məhv olub".

Ermənistanın "Lragir" qəzeti də ölkəni 2014-cü ildə gözləyəcək hadisələrlə bağlı bədbin proqnozlar verir: "Ölkənin Gömrük İttifaqına üzvlüyünü nəzərdə tutaraq, demək olar ki, Ermənistan proqnozların sıfır xarakteristikasını nümayiş etdirdi.

2014-cü ildə Ermənistanın iqtisadi vəziyyəti ehtimal ki, xammalın gözlənilən qiymət enmələri ilə bağlı olacaq. Hər şeydən əvvəl əlvan metallar, o cümlədən qızılın qiyməti ilə. Mümkündür ki, spirtlibaşqa içkilər bazarında problemlər yaransın. 2013-cü ildə investisiyaların həcminin kritik həddə qədər düşməsi də 2014-cü ilə təsir etməyə bilməz. Avropa İttifaqı tərəfindən Ermənistanın təcrid edilməsi və etibarın aşağı səviyyəsi də əsas neqativ amil olacaq. Rusiyadan iqtisadi asılılığının güclənməsi də son dərəcə neqativ amildir. Çünki Rusiya ilə bağlı iqtisadi proqnozlar da müsbət deyil. Ehtimal ki, fərdi pul köçürmələri azalacaqbu xüsusilə Ermənistanda hiss olunacaq. Diasporda təmsil olunan sahibkarların Ermənistana inamını qaytarmaq, investisiyalar üçün daha əlverişli şərtləri təklif etmək üçün cəhd etmək olar. Amma hakimiyyət, həmçinin möhkəmlənmiş ticarət qrupları bunda maraqlı deyil".

Beynəlxalq münasibətlər üzrə erməni ekspert Armen Xarazyan isə "Jamanak" qəzetinə müsahibəsində qeyd edir ki, Ermənistan Gömrük İtififaqına üzv olmaqla özünə yeni böyük problemlər yaradıb və burada əsas günahkar hakimiyyətdir: "Təəssüf ki, Ermənistan bu hakimiyyətin zülmü altında qalmağa məhkum edilibbu hakimiyyət qaldıqca da ictimai mürgü davam edəcək. Hakimiyyətin 3 sentyabr qərarından çəkilməsi üçün yaxşı təşkil edilmiş xalq hərəkatına ehtiyac var. Bizim düşüncəmizdə və dünyagörüşümüzdə inqilab lazımdır. Lazımdır ki, hər kəs daxilən və zahirən Ermənistanın yenidən sovetləşdirilməsini rədd etsin. Xarici siyasət planında Ermənistan-Türkiyə münasibətlərində radikal dəyişikliklər lazımdır. Bu, Ermənistanın geosiyasi yalnızlığının ən böyük kompleksidir və həmişəlik bunun öhdəsindən gəlmək lazımdır. İqtisadi planda Ermənistan ən mürəkkəb problemlər qarşısındadır. Ölkənin bütün iqtisadiyyatı və infrastrukturu ruslara verilib. Onların qaytarılması isə çox çətin olacaq. Vermək asandır, qaytarmaq isə mümkün deyil. Ancaq çıxış yolu da mövcuddur: Beynəlxalq partnyorlarla əməkdaşlıq etməklə və yeni texnologiyalar almaqla yeni iqtisadi infrastruktur yaratmaq olar".

Lakin bildirilir ki, Sarkisyan iqtidarı bunda maraqıl deyilbu səbəbdən Ermənistanda böyük problemlər yaranmaqda davam edir.

Bunlar fonunda o da qeyd olunur ki, Ermənistanın gələcəyi ilə bağlı proqnozlar da artıq öz mahiyyətini itirib. Bildirilir ki, Ermənistanin baş nazirinin başı öz təbliğatına qarışdığından Yerevanin istər iqtisadi, istərsə də siyasi fəaliyyətində heç bir dəyişiklik olmayacaq. Ümumiyyətlə, erməni ekspertlər 2014-cü ilin Ermənistanin siyasiiqtisadi həyatına fəlakət gətirəcəyini bildirir və ölkədə siyasi-iqtisadi böhranin dərinləşəcəyini qaçılmaz hesab edirlər.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 16 yanvar.- S.6.