Hafiz PAŞAYEV: ADA Universitetinin yaradılması

 Azərbaycanın təhsil sistemində mühüm hadisədir

 

ADA Universitetinin yaradılması Azərbaycanın təhsil sistemində mühüm hadisədir.   Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini, universitetin rektoru Hafiz Paşayev yanvarın 16-da keçirdiyi mətbuat konfransında söyləmişdir.

Rektor bildirmişdir ki, Prezident İlham Əliyevin bu il yanvarın 13-də imzaladığı sərəncama uyğun olaraq Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universitetinin yaradılması bu ali məktəbin Azərbaycanda təhsilin inkişafına verdiyi töhfənin nəticəsidir. O vurğulamışdır ki, universitet statusu alması ADA-ya yeni ixtisaslar, proqramlar, fakültələr yaratmaq, bununla da Azərbaycanın regionun inkişafına töhfə verəcək savadlı gənclərin yetişdirilməsində daha yaxından iştirak etmək imkanı yaradır. Diqqətə çatdırılmışdır ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən universitet ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental tətbiqi elmi tədqiqatlar aparacaqdır.

Prorektor Fariz İsmayılzadə mətbuat konfransında bildirmişdir ki, ADA Universiteti dünyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Hazırda biznes, ictimai beynəlxalq münasibətlər, humanitar dəqiq elmlər, mühəndislik informasiya texnologiyaları fakültələrinin fəaliyyət göstərdiyi universitetdə təxminən 700 tələbəyə həm bakalavr, həm magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edilir. Yaxın gələcəkdə isə ADA-da fakültələrin proqramların, eləcə universitetdə təhsil alan tələbələrin sayı artacaqdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 17 yanvar.- S.3.