Azərbaycan-Pakistan əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur

 

Yanvarın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Xalid Usman Qayser ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xalid Usman Qayser etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etmişdir. Xarici siyasət idarəsinin rəhbəri Xalid Usman Qayseri Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik etmişdiplomatik fəaliyyətində ona uğurlar arzulamışdır.

Azərbaycan-Pakistan əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunan görüşdə iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılmışdır. 

Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulamışdır.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.3.