Rabitə və informasiya texnologiyaları naziri

Hacıqabulda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, yanvarın 18-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Hacıqabulda bu rayondan, eləcə də Şirvan, Kürdəmir, Sabirabad, Saatlıdan olan vətəndaşları qəbul etmişdir.

Qəbulda iştirak edən vətəndaşların əksəriyyəti nazirə işə düzəlmə ilə  əlaqədar müraciət etmişlər. Digər müraciətlər isə internet təminatı ilə bağlı olmuşdur.

Videokonfrans şəklində aparılan qəbulda, eyni zamanda, şikayətlər olduğu halda, adları çəkilən rayonların telekommunikasiya müəssisələrinin rəhbərləri nazirlə birbaşa əlaqə saxlaya bilmişlər.

İşə qəbulla əlaqədar müraciət edənlərin əksəriyyətinin şikayətləri həllini tapmış, onların  işlə təmin olunmasına göstəriş verilmişdir.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə müvafiq icra orqanlarına çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 19 yanvar.- S.4.