Gəncədə «DET-AL Alüminium» MMC-nin Detal Alüminium

Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin

Gəncə şəhərinə və Göygöl rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "DET-AL Alüminium" MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə  Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan Gəncədə "DET-AL Alüminium" MMC-nin Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları da Azərbaycan iqtisadiyyatına mühüm töhfədir.

Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi" haqqında sərəncamına əsasən bu zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsi, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli müasirprioritet istehsal sahələrinin yaradılması sənayenin innovasiyalar əsasında inkişafının və yeni yerlərinin açılmasının təmin olunmasına xidmət edir.

Dövlət başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış oldu.

Qeyd edildi ki, bu sənaye kompleksinin təməli 2008-ci ilin martında Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. 2012-ci ilin əvvəlində dövlət başçısının iştirakı ilə kompleksin birinci fazası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev ölkədə alüminium sənayesinin inkişafına və "DET-AL Alüminium" Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının tikinti və quraşdırma mərhələsi, texnolojiistehsal prosesləri, məhsulların növü və təyinatı haqqında hazırlanan stendlərə və bu prosesi əks etdirən videoçarxa baxdı.

Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulmuşdur. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emalboyama zavodlarıdır.

Dövlət başçısı metaltökmə və fasiləsiz yayma zavodunu işə saldı.

Azərbaycan Prezidenti İlham Əliyev zavodun fəaliyyəti ilə bağlı stendlərə və maketə baxdı, istehsal prosesini izlədi, hazır məhsullarla tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, zavodlarda yerüstü sahələrlə yanaşı, texnologiyanın xüsusi tələblərini və texniki təhlükəsizlik qaydalarını əsas tutan, 8-11 metr dərinliyində yerləşən, 8500 kvadratmetr yeraltı istehsaltexniki sahələr də mövcuddur. Yeni tikilən zavodların infrastruktur təminatı sahəsində də bir sıra işlər görülmüşdür. Burada 4 kilometr uzunluğunda yeraltı beton kanallar vasitəsilə yüksək gərginlikli kabel xətləri çəkilmiş, müasir tələblərə cavab verən idarəetmə, məişət və digər köməkçi sahələr tikilmişdir.

İllik 50 min ton gücə malik metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olan dövlət başçısına məlumat  verildi ki, burada 8 əritmə sobası və 4 metalyayma aqreqatı quraşdırılmışdır. Elektroliz vannalarından götürülən maye alüminium metaltökmə və fasiləsiz yayma zavoduna daşınaraq ildə 50 min ton 6-10 millimetr qalınlığında alüminiumdan fasiləsiz tökmə rulonlaralüminium vərəqələr istehsal ediləcəkdir.

Diqqətə çatdırıldı ki, zavod soyuq yaymaboyama sahələrindən ibarətdir. Yeni istifadəyə veriləcək alüminium yarımfabrikat istehsalı zavodunda üç seriyada müxtəlif markalı yarımfabrikat məhsullar istehsal ediləcəkdir. Həmin məmulatlardan avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik, kommunikasiya və digər sahələrdə geniş istifadə olunacaqdır. Artıq istehsal ediləcək məhsulların ixracı ilə bağlı Türkiyə, İtaliya, Polşa, Misir, RusiyaUkrayna kimi ölkələrin şirkətləri ilə danışıqlar aparılır.

Vurğulandı ki, gələcəkdə kompleksdə mövcud alüminium yarımfabrikatlarından son məhsulların istehsalı ilə bağlı işlər görüləcəkdir. Zavodların fəaliyyəti nəticəsində 300-ə yaxın yeni yeri açılmışdır. Bütövlükdə "DET-AL Alüminium" Kompleksində 1400 nəfər işlə təmin edilmişdir. Bu kompleks ölkədə qeyri-neft sektorunun şaxələndirilməsinə, regionlarda sənaye potensialının gücləndirilməsinə, sənayenin, habelə əlvan metallurgiya sənayesinin inkişafına mühüm töhfə verəcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.6.