Azərbaycan Prezidenti Gəncədəki «VEGO»

 hotelində yaradılmış şəraitlə tanış olmuşdur

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə

şəhərinə və Göygöl rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "VEGO" otelində yaradılmış şəraitlə tanış olmuşdur.

"VEGO" oteli Gəncə şəhərinin mərkəzində yerləşir. Otel ən müasir standartlar səviyyəsində inşa olunmuşdur.

Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya hotel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, təkcə Gəncə üçün deyil, bölgə üçün əhəmiyyətli turizm obyekti olan bu hotel mükəmməl infrastruktura malikdir.

"VEGO" hotelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir. Hotelin ətrafında Şah Abbas məscidi Çökək hamam yerləşir. Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında  tikilmişdir. Bina günbəzlidir. Hamamda yenidənqurma işləri aparılarkən tarixi görkəm olduğu kimi saxlanılmışdır. Gəncənin tarixi memarlıq abidəsi sayılan Çökək hamama otelin birinci mərtəbəsindən birbaşa yeraltı tunel vardır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.7.