Göygöl şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə

və Göygöl rayonuna səfəri

 

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq Göygöl rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi rayon sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarındandır. Burada orijinal fəvvarələr quraşdırılmış, yaşıllıq zolağı salınmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.8.