Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlıq mövcuddur

 

Yanvarın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de MoraJozef Debono Qrex ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin dinamik iqtisadi tərəqqisini qeyd edən qonaqlar ötən il Azərbaycanın tarixində ən demokratik və şəffaf şəraitdə seçkilərin keçirilməsindən məmnunluqlarını ifadə etmiş, dövlətimizin insan hüquqlarının daha etibarlı qorunması istiqamətində atdığı addımları yüksək qiymətləndirmiş, qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını söyləmişlər.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 22 yanvar.- S.10.