Mədəniyyət Nazirlərinin VIII İslam Konfransında Azərbaycan

İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi

Şuraya üzv seçilmişdir

Xəbər verdiyimiz kimi, 2013-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı keçirilir.

Yanvarın 23-də başa çatacaq konfransda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində mədəniyyət nazirlərinin "Dialoqunsülhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı" mövzusunda "dəyirmi masa"sı keçirilmişdir.

Bundan əlavə, İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tətbiq edilməsinə dair həmin ölkələrin nümayəndələrinin və baş direktorun hesabatı dinlənilmişdir.

Konfransın yanvarın 22-də keçirilən iclasında Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilmişdir.

 

Azərbaycan.-2014.- 23 yanvar.- S.4.