Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf

Bankının prezidenti Suma Çakrabarti ilə görüşmüşdür

 

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşmüşdür.

Görüşdə Azərbaycanda son vaxtlar gedən proseslər, iqtisadi inkişaf, qeyri-neft sektoruna göstərilən diqqət və əldə edilən nailiyyətlər, işsizliyin və yoxsulluğun aradan qaldırılması və korrupsiyaya qarşı mübarizədən məmnunluq bildirildi. Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 23 yanvar.- S.1.