«Səyahətlər və sərgüzəştlər»

 

Çikaqoda "Səyahətlər və sərgüzəştlər" adlı beynəlxalq sərgi keçirilib. 250-dən çox firmanın iştirak etdiyi bu sərgidə ölkəmizi "Azərbaycan möcüzələri" layihəsinin iştirakçıları olan bir neçə turizm şirkəti təmsil edib.

"Azərbaycan möcüzələri" layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Burada ABŞ-ın aparıcı turizm agentlikləri və operatorları ilə işgüzar əlaqələrin yaradılmasının yolları da göstərilib. Sərgi Avropaya, Yaxın Şərqə və Mərkəzi Asiyaya səyahət turları ilə bağlı xidmətlər təqdim edir.

Sərginin "Odlar yurdu və tolerantlıq mərkəzi" devizi ilə fəaliyyət göstərən Azərbaycan stendində ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, mətbəxi və konfenssional müxtəlifliyi barədə materiallar nümayiş olunub.

 

Azərbaycan.-2014.- 23 yanvar.- S.8.