Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Bu əməkdaşlığın yaxşı imkanlarının olduğu bildirildi və əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 24 yanvar.- S.2.