Azərbaycan və Hindistan arasında energetika sahəsində əməkdaşlığa dair fakir mübadiləsi aparılmışdır

 

Azərbaycanın energetika naziri Natiq Əliyev Hindistanın Nyu Dehli şəhərində keçirilmiş "Petrotech-2014" XI Beynəlxalq neftqaz konfrans və sərgisində iştirak etmişdir.

Energetika Nazirliyindən bildirilmişdir ki, "2030-cu ilə baxış: inkişaf etməkdə olan Qlobal Enerji Səbəti - çağırışlar və imkanlar" mövzusunda keçirilən konfrans və sərgidə təmiz və sərfəli enerji istehsalı imkanlarının araşdırılması, karbohidrogen ehtiyatlarının kəşfi və hasilatı sahəsində yeni texnologiyaların tətbiqinə yönəlmiş enerji siyasəti haqqında məlumat verilmişdir.

Tədbirdə Hindistanın neft və təbii qaz naziri Veerappa Moily bildirmişdir ki, konfrans enerjidən səmərəli istifadəni təmin etməklə xalqın yaşayış səviyyəsinin yüksəldilməsi, qlobal problemlər, risklər və digər maneələrin aradan qaldırılması, neftqaz ehtiyatlarının azalan və yüksələn temp ilə inkişafı istiqamətində görülən tədbirlərin müzakirəsi baxımından faydalı olmuşdur.

Tədbir çərçivəsində Hindistanın Baş naziri Manmohan Singh, neft və təbii qaz naziri  Veerappa Moily və Azərbaycanın energetika naziri Natiq Əliyevin iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycanın regionun enerji siyasətinə təsiri, AvropaAsiya arasında yerləşməsinin enerji layihələrindəki əhəmiyyəti, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu xüsusi qeyd edilmişdir. Həmçinin Azərbaycan və Hindistan arasında energetika sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 24 yanvar.- S.3.