Bakıda Azərbaycan və İtaliya sahibkarlarının görüşü keçirilib

 

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə azərbaycanlı sahibkarlarla italiyalı adamları arasında görüş keçirilib.

Görüşdə əsasən tikinti, inşaat, mebel, topdan və pərakəndə satış, turizm və sənaye sektorlarında fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı adamı iştirak edib.

ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, İtaliyanın məşhur "MADE S.p.A" şirkətinin əməkdaşları ilə Azərbaycan sahibkarlarının görüşü iki ölkənin qarşılıqlı işgüzar əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, "MADE S.p.A" şirkətinin mülki, sənaye və kommersiya obyektlərinin tikintisində 40 ildən artıq təcrübəsi var: "Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 10 milyard dolları keçib. "MADE S.p.A" şirkəti binaların, o cümlədən memarlıq özəlliyi olan abidələrin bərpası, yenidən qurulması, habelə yolların, avtomagistralların salınması üzrə dünyada tanınıb".

Tədbirdə iştirak edən "Made Florence" şirkətinin baş direktoruprezidenti Cuzeppe Massaskupa isə bildirib ki, onlar uzun müddətdir Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirlər: "Biz Azərbaycan bazarına rəqib olmaq üçün gəlmirik. Burada özümüzə dost və tərəfdaş axtarmağa gəlirik". Şirkət rəhbəri onu da bildirib ki, Florensiya şəhərini təmsil edən şirkət bu il Azərbaycanda özünün nümayəndəliyini açmaq niyyətindədir.

Tədbir çərçivəsində ASK-nın nəzdində fəaliyyət göstərən "ASK Biznes Konsaltinq" MMC-nin təqdimatı da keçirilib. Təqdimatda şirkət haqqında italiyalı qonaqlara geniş məlumat verilib. Bildirilib ki, italiyalı adamları ilə təşkil olunan bu görüş "ASK Biznes Konsaltinq"lə bağladığı əməkdaşlıq müqaviləsinin bir hissəsidir.

Tədbirdə, həmçinin "Beghelli Group" şirkətinin təqdimatı keçirilib.

Görüş iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatıb.

 

Azərbaycan.-2014.- 24 yanvar.- S.3.